Bu gün DÇ-2018-in qrup mərhələsinin 1-ci turunun daha 3 oyunu keçirilib.
E qrupunda Kosta-Rika ilə Serbiya milliləri üz-üzə gəlib. Görüş serblərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüşdə Almaniya Meksika ilə qarşılaşıb. Son dünya çempionu sensasiyalı şəkildə məğlub olub - 0:1.
Günün son oyununda isə Braziliya İsveçrəni sınağa çəkib. Oyun heç-heçə başa çatıb.
Beləliklə, çempionatın favoritlərindən olan Almaniya və Braziliya mundiala xal itkisiylə başlayıb.
17 iyun
E qrupu
22:00. Braziliya - İsveçrə - 1:1
Qol: Koutinyo, 20 (1:0), Stiven Suber, 50 (1:1)
Rostov. "Rostov Arena”
16:00. Kosta-Rika - Serbiya - 0:1
Qol: Aleksandr Kolarov, 57
F qrupu
19:00. Almaniya – Meksika - 0:1
Qol: İrvinq Losano, 35
Moskva, "Lujniki" stadionu
18 iyun
17.00. İsveç - Koreya