Futbol üzrə Rusiya milli komandası Dünya Çempionatı çərçivəsində Misir yığması üzərində qələbə qazanıb.
Teleqraf.com xəbər verir ki, Sankt-Peterburq şəhərinin eyni adlı stadionunda keçirilən oyun turnirə ev sahibliyi edən komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ilk qolunu 47-ci dəqiqədə öz qapısından Əhməd Fəthi keçirib, daha sonra oyunun 59-cu dəqiqəsində Denis Çerışev Rusiyanın ikinci qolunu vurub. Üç dəqiqə sonra Rusiya millisi hesabda fərqi artırdı, Artyom Dzüba fərqləndi.
Matçın 73-cü dəqiqəsində isə Məhəmməd Salah penaltidən komandasının yeganə qolunu vurdu.