15 Avqust 2014 15:08
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone yeni mövsüm öncəsi iddialı açıqlamaları ilə diqqət çəkib.

"Marca"ya danışan argentinalı mütəxəssis komandadan Dieqo Kosta, David Vilya və Tibo Kurtua kimi futbolçuların ayrılmasına baxmayaraq yenə ölkə çempionu ola biləcəklərini deyib:

"Heyətimizdə Miranda, Dieqo Qodin, Qabi, Koke, Mario Suares, Tiaqo və Arda Turan kimi yaxşı oyunçular var. Düzdür, bəzi futbolçuların klubdan ayrılması ilə bir qədər zəiflədik. Ancaq yenə yaxşı hazırlaşsaq, La Liqada çempion ola bilərik".

D.Simeone bu yay etdikləri transferlərdən məmnunluğunu da ifadə edib: "Qrizman, Ximenes və Mario Mandzukiçin uğurlu çıxış edəcəyinə inanıram. Möhtəşəm hücumçularımız var". /Qol.Az/


Müəllif: