Futbol üzrə Türkiyə çempionatında 31-ci tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, son oyun günündə də yeddi görüş baş tutub. “Elazığspor”un qonağı olan “Qalatasaray” minimal hesablı qələbəyə sevinib. “Sivasspor”la qarşılaşan “Beşiktaş” isə darmadağına üzülüb. Belədə lider “Fənərbaxça” “Rizəspor”la qarşılaşmada 1 xal qazanaraq, çempionluğunu rəsmiləşdirib.
“Əskişəhərspor” “Ərciyəsspor”a, “Kayserispor” “Karabükspor”a uduzub. “Kasımpaşa” evdə “Antalyaspor”, “Konyaspor” isə “Akhisar BS” üzərində qələbəyə sevinib.
Türkiyə Super Liqası
31-ci tur
25 aprel
Gənclərbirliyi - Bursaspor - 1:0
Qol: E.Zek, 65.
26 aprel
Trabzonspor - Qaziantepspor - 2:1
Qollar: Enrike, 7; 43 - C.Tosun, 64.
27 aprel
Elazığspor - Qalatasaray - 0:1
Qol: B.Yılmaz, 24.
Əskişəhərspor - Ərciyəsspor - 0:1
Qol: Edinyo, 32.
Fənərbaxça - Rizəspor - 0:0
Kasımpaşa - Antalyaspor - 2:0
Qollar: Babel, 56, Skarione, 74.
Kayserispor - Karabükspor - 1:3
Qollar: Sereno, 42 - F.Özcal, 8, Hamrun, 20, İ.Parlak, 90.
Konyaspor - Akhisar BS - 4:0
Qollar: Gekas, 45; 60; 90, Djalma, 67.
Sivasspor - Beşiktaş - 3:0
Qollar: Utaka, 56, Şaheşuhe, 70; 82.