İtaliyanın “Ferrari” şirkətinin yeni hiperkarı “Pininfarina”sının qiyməti 2 milyon dollardan çox olacaq.
Teleqraf.com xəbər verir ki, “Pininfarina” ən sürətli avtomobil adı əldə edə bilər. 2020-ci ildə təqdimatı gözlənən maşın 100 km sürəti 2 saniyəyə yığacaq. Maksimal sürət isə elektronika vasitəsiylə 402 km-də məhdudlaşdırılacaq.
Elektroavtomobilin batareyasının 80 % dolması üçün 10-15 dəqiqə vaxt lazım olacaq. Tam enerji ilə maşın 500 km məsafə qət edə biləcək.
Avtombilin qiymətinin 2-2,5 milyon dollar arası olacağı gözlənilir.