17 Avqust 2014 21:20
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının birinci turunda “Suonsi Siti”yə məğlubiyyətdən (1:2) sonra “Mançester Yunayted”in baş məşqçisi Lui van Qal sərt tədbirilərə əl atıb.

O, Nani, Anderson və Uelfred Zaxanı əsas komandadan kənarlaşdırıb.

Qəzet yazıb ki, həmin matçdan dərhal sonra van Qal komandanın bazasında əlavə məşq təyin edib. Adları çəkilən üç oyunçu isə məşqə yarım saat gecikib. Onlar düşərgəyə məşq yekunlaşana yaxın gəliblər. Bu isə hollandiyalı mütəxəssisin kəskin narazılığına səbəb olub.

Van Qalın qərarına əsasən, həmin futbolçular cəza tədbiri olaraq fərdi qaydada məşq edəcəklər. Komandanın taktiki hazırlığında da onlar olmayacaqlar.

“Mirror” yazıb ki, van Qal ümumiyyətlə, Nani, Anderson və Uelfred Zaxanı transferə çıxarılmasına nail olmaq istəyir.

Qol.az


Müəllif:

Oxşar xəbərlər