4 Sentyabr 2018 00:58
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Lionel Messi Kriştiano Ronaldonun "Real"dan ayrılaraq "Yuventus"a transfer olunmağına münasibət bildirib.

O, portuqaliyalı hücumçunun Turin klubuna keçidinə təəccübləndiyini deyib: "Sözün düzü, Ronaldonun "Real"ı tərk edəcəyini gözləmirdim. Madridlilər onun gedişi ilə çox şey itirdilər. Mən onunla çox klubun maraqlandığını eşidirdim. Ancaq "Yuventus"a keçməsi ən az ehtimal edilən variant idi. Mən, həqiqətən, bu transferə təəccübləndim. Amma "Yuventus" çox yaxşı komandadır. Onlar avrokuboklarda əsas favoritlərdən olacaq".

L.Messi "Real"da Ronaldodan başqa, yaxşı futbolçuların olduğunu bildirib: "Bu klub titullar uğrunda mübarizə aparmağa davam edəcək".

Qeyd edək ki, Ronaldo bu yay "Real"dan "Yuventus"a transfer olunub.

/qol.az/


Müəllif: Teleqraf.com