Güney Azərbaycandan olan məşhur türkmən futbolçu Sərdar Azmunun Instaqram hesabındakı paylaşımı maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, oyunçu Aşura günü ilə əlaqədar paylaşımında türklər arasında məzhəb ayrı-seçkiliyinin əleyhinə olduğunu bildirib.
Srədar Azmun qeyd edib: “Məzhəb fərqindən asılı olmayaraq, türk türkdür”.
Xatırladaq ki, Sərdar Azmun bir neçə ay əvvəl təhqirlərə məruz qaldığı İranın milli komandasından imtina edib.
O, hazırda Rusiyanın “Rubin” futbol klubunun şərəfini qoruyur.