20 Oktyabr 2018 23:40
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Superliqasının IX turunun növbəti görüşündə “Fənərbağça” səfərdə “Sivasspor”la qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada hesab açılmayıb. Beləliklə, “Fənərbağça” növbəti dəfə çempionatda xal itirib. Bu heç-heçədən sonra xallarının sayını doqquza çatdıran İstanbul komandası turnir cədvəlində 15-ci sırada qərarlaşıb.

Qeyd edək ki, “Fənərbağça” bu mövsüm Türkiyə Superliqasında oynadığı beş səfər görüşünün dördündə rəqib qapılarına qol vura bilməyib.


Müəllif: Teleqraf.com