21 Oktyabr 2018 19:45
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Hazardın komandası ilə yeni müqavilə imzalayacağı gözlənilir.

Teleqraf.com xəbər xarici mediaya istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən 27 yaşlı futbolçu həftəyə 396 min avro maaş alacaq. Müqaviləni imzalayacağı təqdirdə belçikalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, son günlər Hazardın Madrid "Real"ına keçəcəyi ilə bağlı xəbərlər dolaşır.


Müəllif: Teleqraf.com