Qaydasız döyüş üzrə dünya çempionu Həbib Nurmaqomedov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini və onunla türkcə danışacağını bildirib.
Teleqraf.com xəbər verir ki, Həbib Nurmaqomedov "BeIN Sports"a açıqlamasında hazırda türkcə öyrəndiyini bildirib: "Türkiyəyə təkrar dönəcəm. Cənab Ərdoğanla görüşəcəm, onunla türkcə danışacam".
Həbib Nurmaqomedov dəstəyə görə türklərə təşəkkür edib: "Yarışları izlədiklərini bilirəm. Bunun ilk səbəbi hamımızın müsəlman olmağımızdır. Allah "türklər öz, ərəblər öz aralarında dostdurlar" demir, "mömünlər qardaşdırlar", deyir. O üzdən Türkiyədən çox dəstək görürəm. Hər kəsə dəstəkləri üçün təşəkkür edirəm".