"Arsenal" futbol komandası İngiltərə Çempionatının 11-ci turu çərçivəsində "Liverpul"la heç-heçə edib.
Londonda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb.
Hesabı 61-ci dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Ceyms Milner açıb. Bu qol Milnerin "Premyer Liqa"da vurduğu 50-ci qol olub.
Oyunun 82-ci dəqiqəsində "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett hesabı bərabərləşdirib.
Turnir cədvəlinə 27 xalla "Liverpul" başçılıq edir. "Arsenal" isə dördüncü yerdə qərarlaşıb (23 xal).