Azərbaycan samboçusu Rumıniyada keçirilən dünya çempionatında gümüş müdal qazanıb.
Teleqraf.com xəbər verir ki, yığmamızın təmsilçisi Emil Həsənov (68 kq) turnirdə ikinci yeri tutub.
O, yalnız finalda Qazaxıstandan olan rəqibi Nurbool Serikova məğlub olub. Bu çəki dərəcəsində Rusiya idmançısı Nikita Kleçkov və Belarusu təmsil edən Aleksandr Kokşa bürünc medal qazanıblar.