Ötən gün Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində qrup mərhələsinin sonuncu oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan-Kosovo qarşılaşmasından öncə ənənəvi olaraq hər iki ölkənin himni səsləndirilib.
Priştinadakı “Fadil Vokrri” stadionunda toplaşan Kosovo azarkeşləri Azərbaycan himnini fitə basıblar.
Xatırladaq ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.