3 Dekabr 2018 23:58
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfər edəcək.

Teleqraf.com AFFA-ya istinadən xəbər verir ki, dekabrın 4-də Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək. Festival saat 11:00-da başlayacaq.

Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.


Müəllif: Teleqraf.com