14 Dekabr 2018 02:00
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümündə son oyununu keçirəcək.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gələcək. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşıyacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr, E qrupu

00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) -1:0 (Birinci hissə)

Qol: Lakazett, 16

“Arsenal”: 26. Emiliano Martinez, 4. Mohamed Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni, 9. Aleksandr Lakazet, 10. Mesut Özil, 15. Eynsli Maytland-Nils, 25. Karl Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka

Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Şarli Jilmor, 47. Zekarya Medle, 72. Tires Con-Cules

Baş məşqçi: Unay Emeri

“Qarabağ”: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Abdellah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Yens Qrabski Maae
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. “Arsenal” stadionu


Müəllif: Teleqraf.com