“Fənərbaxça” Türkiyə Super Liqasında mövsümün sonuna 3 tur qalmış çempionluğunu elan etdi.
Bu həm də Ersun Yanalın baş məşqçi kimi ilk çempionluğu oldu. Bəs Yanaldan başqa Türkiyə çempionluğunu hansı türk mütətəxəssislər qazanıb? Super Liqanın qalibi adını cəmi 9 yerli mütəxəssis qazanıb. Ən çox Fatih Terim bu titula yiyələnib. O, “Qalatasaray”la 6 dəfə qızıl medala sahib çıxıb. “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli 3 dəfə çempion olub. O, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”la birincilik sevinci yaşayıb.
Çempionluq sevinci yaşayan türkiyəli mütəxəssislərin siyahısnın təqdim edirik:
Fatih Terim (6 dəfə)
1996-1997, Qalatasaray
1997-1998, Qalatasaray
1998-1999, Qalatasaray
2000-2001, Qalatasaray
2011-2012, Qalatasaray
2012-2013, Qalatasaray
Ahmet Suat Özyazıcı (4)
1975-1976, Trabzonspor
1976-1977, Trabzonspor
1979-1980, Trabzonspor
1983-1984, Trabzonspor
Mustafa Dənizli (3)
1987-1988, Qalatasaray
2000- 2001, Fənərbaxça
2008-2009, Beşiktaş
Gündüz Kılıç (2)
1961-1962, Qalatasaray
1962-1963, Qalatasaray
Özkar Sümer (2)
1978-1979, Trabzonspor
1980-1981, Trabzonspor
Cavad Gülər (1)
2007-2008, Qalatasaray
Ertoğrul Sağlam (1)
2009-2010, Bursaspor
Aykut Kocaman (1)
2010-2011, Fənərbaxça
Ersun Yanal (1)
2013-2014, Fənərbaxça