10 Fevral 2019 14:57
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Sosnoviç şəhərində fevralın 8-dən 10-dək Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması keçirilib.

Teleqraf.com xəbər verir ki, yarışda Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı 8 yaşlı gimnastımız Mina Abbasova təmsil edib.

O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsini tutaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda peşəkar səviyyədə məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər