Kazanda vaterpol üzrə Rusiya çempionatının 11-ci turu çərçivəsində yerli “Sintez” komandası ilə Volqoqradın “Spartak” komandası arasında keçirilən yarışda kütləvi dava olub.
Teleqraf.com xəbər verir ki, matçın bitməsinə 4 dəqiqə qalmış idmançılar Volqoqrad komandasının qapısı qarşısında əlbəyaxa olub. Davaya ehtiyatda olan idmançılar da qarışıblar. Komandaların məşqçiləri də hovuzun kənarında bir-birinə əl qaldırıblar.
“Spartak”ın 9:6 hesablı üstünlüyü ilə keçən oyun davaya görə dayandırılıb.
Hakimlər kollegiyası oyunun yekunu ilə bağlı qərar qəbul etməlidir.