Milli komandamızın üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasında 3-cü qolunu vurub.
Teleqraf.com-un məlumatına görə, "Krılya Sovetov"un üzvü 20-ci turda "Anji"yə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyununda komandasının sonuncu qolunun müəllifi olub. O, 88-ci dəqiqədə penaltidən fərqlənib. Beləliklə, bu gün 23 yaşını qeyd edən hücumçu ardıcıl 3-cü matçda meydanı qolla tərk edib. R.Şeydayev bundan əvvəl "Lokomotiv" və "Yenisey"lə görüşlərdə fərqlənib.
"Anji" - "Krılya Sovetov" - 0:2
Qollar: Kanunnikov, 28, Şeydayev, 88-pen
Qeyd edək ki, R.Şeydayev 63-cü dəqiqədə meydana daxil olub.
Əlavə edək ki, bu qələbə ilə xalını 24-ə yüksəldən Samara təmsilçisi 10-cu pillədə qərarlaşıb.