24 Mart 2019 15:57
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Liverpul” və İtaliyanın “Milan” klubunun sabiq futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, mersisaydlılara məxsus “Enfild Roud” stadionunda xeyriyyə məqsədiylə təşkil olunan görüşdə Stiven Cerrard, Andrea Pirlo, Maykl Ouen, İrji Dudek, Dida, Kafu, Cimi Karrager, Cibril Sisse, Paulo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Cüzeppe Pankaro kimi ulduzlar iştirak ediblər. Qarşılaşma “Liverpul” əfsanələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İngilislərin heyətində Robbi Fauler (25-ci dəqiqə), Sisse (52) və Cerrard (80) fərqləniblər. “Milan”ın qollarını isə Pirlo (61-ci dəqiqə) və Pankaro (78) vurub.

<iframe width="600" height="350" src="//rutube.ru/play/embed/12187929" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowfullscreen></iframe>


Müəllif: Teleqraf.com