28 Mart 2019 07:25
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin futbolçusu Ramil Şeydayev klubu "Krılya Sovetov"un düşərgəsinə qayıdıb.

Teleqraf.com xəbər verir ki, o, komanda ilə ümumi məşqlərdə iştirak edir. 23 yaşlı hücumçu ölkə çempionatının 21-ci turunda martın 29-u keçiriləcək "Arsenal"la (Tula) ev oyununa hazırlaşır.

Qeyd edək ki, R.Şeydayev Rusiya Premyer Liqasında son üç matçdır meydanı qolla tərk edir.

Əlavə edək ki, millimizin üzvü AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyunda (1:2) komandamızın yeganə qolunun müəllifi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər