6 Aprel 2019 07:05
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Avropanın 5 çempionatı arasında son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur.

Teleqraf.com xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu son beş mövsümdə cərimə zərbəsindən 20 qol vuraraq bu nəticə ilə birinci olub. “Yuventus”un bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç 11 qolla ikincidir. İlk üçlüyü “Yuventus”un hücumçusu Paulo Dibala 9 qolla tamamlayıb. Dördüncü və beşinci pillələrdə “Valensiya”nın yarımmüdafiəçisi Daniel Parexo (9 qol) və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo (4) qərarlaşıblar.

Qeyd edək ki, Lionel Messi cari mövsümdə cərimə zərbəsindən 7-i dəqiq yerinə yetirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər