22 May 2019 16:50
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda yalnız növbəti həftə haqda düşünürəm. Finalda sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”.

Teleqraf.com xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londondan təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, klubla 2 illik müqaviləsi var və İngiltərədə işini davam etdirməyə şad olar. Onun sözlərinə görə, final üçün Bakıya getmək “Çelsi” azarkeşləri üçün çətindir: “Adətən, “Arsenal”la matçlarda hər iki komanda açıq futbol sərgiləyir. Belə vəziyyətdə zədəli Loftus-Çik faydalı ola bilərdi. “Arsenal”ın yaxşı hücumçuları var. Ancaq hesab edirəm ki, qələbəyə layiqik və titul qazanmaq istəyirik”.

Baş məşqçi zədəli dayaq yarımmüdafiəçisi Nqolo Kantenin durumuna da toxunub. O, Fransa yığmasının futbolçusunun finalda iştirakına ümid bəslədiyini və optimist olduğunu söyləyib.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər