26 May 08:34

Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda "Barselona" və "Valensiya" klubları arasında İspaniya Kubokunun final matçı keçirilib.

Oyun 2:1 hesabı ilə "yarasalar"ın xeyrinə başa çatıb.

Qalib komandanın qollarını Kevin Qameyro və Rodriqo vurub. Kataloniya klubundan isə Messi fərqlənib.

Bununla da "Valensiya" tarixində 8-ci dəfə İspaniya Kubokunun sahibi olub. "Yarasalar" daha əvvəl 2008-ci ildə kuboku qazanmışdılar.

İspaniya Kuboku. Final

"Barselona" – "Valensiya" - 1:2

Qollar: 0:1 – Qameyro – 21, 0:2 – Rodriqo – 33, 1:2 – Messi – 73


Müəllif: Teleqraf.com