18 İyul 23:26

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb. Roberto Bordinin komandası Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edib. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” bu dəfə rəqibini darmadağın edib - 6:0.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova) - 6:0
Qollar: V. Platellas, 18 (1:0), 40 (3:0), E. Mahmudov, 24-penalti (2:0), D. Federiko, 42 (4:0), Stiven Monroz, 68 (5:0), İsmayıl Zülfüqarlı, 76 (6:0)
İlk oyun – 3:0

Baş hakim: Yulian Vaynbeger (Avstriya)

Bakı. “Bakcell Arena”


Müəllif: Teleqraf.com