“Mançester Yunayted” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, “mankunyanlar” Latiso”nun yarımmüdafiəçisi Milinkoviç Saviçi transfer edir. Serbiya millisinin üzvü ilə razılıq əldə olunub. Onunla 5 illik müqavilə imzalanacağı bildirilir.
“MY”-in bu transfer üçün qarşı tərəfə 75 milyon avro ödəyəcəyi iddia olunur.
Qeyd edək ki, Saviç ötən mövsüm A Seriyasında 31 oyuna 5 qol vurub, 3 qol ötürməsi edib.