Voleybol üzrə qadınlardan ibarət milli komandamızın üzvü Anastasiya Bessonova karyerasını Rumıniyada davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, iyirmi yaşlı hücumçu ölkə çempionu Alba Blaj klubuna transfer olub.
Voleybolçumuz Blaj şəhərinin təmsilçisi ilə bir illik müqavilə imzalayıb. O, yeni komandasına Avropa çempionatı başa çatdıqdan sonra qoşulacaq.
Xatırladaq ki, Azərbaycan yığması avqustun 23-dən sentyabrın 8-dək Budapeştdə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. C qrupunda yer alan voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya seçmələri ilə üz-üzə gələcəklər.