15 Avqust 2019 21:09
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi (“Barselona”, İspaniya), hollandiyalı Virjil van Deyk (“Liverpul”, İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldo (“Yuventus”, İtaliya) iddialıdır.
Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın “Lion” komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.

Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç (“Real Madrid”, İspaniya) və danimarkalı Pernille Harder (“Volfsburq”, Almaniya) layiq görülüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər