22 Avqust 2019 00:15
435
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Gəncə şəhərində məşqçilər üçün seminar təşkil olunub.
AFFA-dan Teleqraf.com-a bildiriblər ki, avqustun 23-dək davam edəcək seminar təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Cahangir Həsənzadənin iştirakı ilə keçirilir.
Seminar uşaq komandalarının məşqçilərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Yekunda iştirakçılara sertifikatlar verilməsi nəzərdə tutulur.

Müəllif: Teleqraf.com