AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəliblər.
Teleqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda "Alipay", Booking.com, "FedEx", "Hisense", SOCAR və "Volskwagen" şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.
AVRO-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.
Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.