26 Avqust 2019 00:44
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.

Teleqraf.com-un məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Günün ilk matçında "Sabah" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesabı qələbəsi ilə başa çatıb. Digər qarşılaşmada "Qəbələ" son çempion "Qarabağ"ın qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək “Zirə” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

25 avqust (bazar)

21:00. “Qarabağ” – “Qəbələ” - 3:0
Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
“Azersun Arena”

18:45. “Sabah” – “Keşlə” - 0:1
Qol: Vüsal İsgəndərli, 45
Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Bank Respublika Arena”

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail” - 0:3
Qollar: Ağabala Ramazanov, 10-pen, Şəhriyar Rəhimov, 51, Ağabala Ramazanov, 69


Müəllif: Teleqraf.com