27 Avqust 2019 00:58
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Azərbaycan milli komandası avqustun 26-da Belarus yığması ilə yoldaşlıq oyunu keçirib.

Teleqraf.com xəbər verir ki, Minskdəki MAPİD İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurublar.

Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, millimiz oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər