“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, qarşılaşmanın biletləri ötən gün satışa çıxarılıb. Biletlərin qiyməti sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-ə təklif edilir.
Klubun Feysbuk səhifəsi ilk gündə 10 min biletin satıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də başlayacaq.