19 Sentyabr 2019 23:27
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amsterdamda naməlum şəxslər 32 yaşlı futbolçu Kelvin Meynardı güllələyiblər.

Teleqraf.com “BBC”yə istinadən xəbər verir ki, cinayətkarlar skuterlə futbolçuya yaxınlaşaraq bir neçə dəfə atəş açıblar. Yaxınlıqdakı yanğınsöndürənlər Meynardın köməyinə çatmaq istəsələr də, oyunçu dünyasını dəyişib.

Qeyd edək ki, meynard Belçikanın “Antverpen” və İngiltərənin “Berton Albion” komandalarının oyunçusu olub. Son vaxtlar o, Hollandiyanın həvəskar “Alfens Boyz” klubunda çıxış edirdi.


Müəllif: Teleqraf.com