17 Oktyabr 2019 23:26
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi, Bratislavadakı Milli Futbol Stadionunda deyil, Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək.

Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.

Qeyd edək ki, qarşılaşma noyabrın 19-da keçiriləcək.


Müəllif: Teleqraf.com