20 Oktyabr 2019 10:29
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Los-Anceles Qeleksi” klubunda çıxış edən Zlatan İbrahimoviç yenə Pep Qvardiola barədə fikirlərini səsləndirib.

Teleqraf.com xəbər verir ki, isveçli futbolçu müsahibəsində bunları deyib: “Mənim heç vaxt Qvardiola ilə münaqişəm olmayıb. Problemi həmişə o yaradırdı. Biz üz-üzə gələndə o gözləyirdi ki, mən keçib gedəcəyəm. Amma sonra özü paltardəyişmə otağından çıxırdı. O, məşqçi kimi fenomendir, insan kimi isə...”

Qeyd edək ki, İbrahimoviç 2009/10-cu ildə Qvardiolanın rəhbərliyi altında “Barselona”da çıxış edib. Sonralar o bir neçə dəfə bildirib ki, Pep onun imkanlarından doğru istifadə etməyib.


Müəllif: Teleqraf.com