2 Dekabr 2019 21:53
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq "Qızıl top"un mükafatlandırma mərasimində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, finalçılardan biri olan portuqaliyalı hücumçu tədbirin keçiriləcəyi Parisə getməyib. Ronaldonun bu gün Milandakı qala gecələrindən birində olacağı bildirilib. Onun həmin mərasimdə mükafat alacağı gözlənilir.

Qeyd edək ki, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Lionel Messinin qazanacağı iddia olunur.


Müəllif: Teleqraf.com