8 Dekabr 2019 13:48
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının 16-cı turunda “Mançester Siti” “Mançester Yunayted”ə 1:2 hesabı ilə uduzub.

Teleqraf.com xəbər verir ki, “Opta Jose” statistika səhifəsi bunun “Siti”nin baş məşqçisi Xosep Qvardiolanın məşqçilik karyerasında ən uğursuz start olduğunu yazıb. O, 16 oyuna 16 xal itirib. Başqa sözlə, 48 mümkün xaldan 32-sini toplayıb. Buna qədər Qvardiolanın çalışdırdığı heç bir bir klub startda belə nəticə göstərməmişdi.

Hazırda “Mançester Siti” lider “Liverpul”dan 14 xal geridə qalmaqla üçüncü yeri tutur.

Xatırladaq ki, “Mançester Siyi”yə qədər Qvardiola “Barselona” və “Bavariya”nı çalışdırıb.


Müəllif: Teleqraf.com