1 May 2014 14:24
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə qalib (3:1) gəldikləri oyundan sonra açıqlama verib.

Teleqraf.com xəbər verir ki, mütəxəssis komandasının finala yüksəlməsini belə şərh edib:

“Finala yüksəlmək üçün bütün gücümüzlə oynadıq. “Real” kimi biz də finalda oynamağa layiqik. Fernando Torres ilk qolu vurdu, amma bir qolun bizim üçün çox önəmli olacağını bilirdik. Buna görə də çalışdıq və istəyimizə nail olduq. Əsl kişi doğduqları üçün futbolçuların analarına təşəkkür edirəm”.


Müəllif: