23 Sentyabr 2014 00:27
823

İspaniya La Liqasının son turunda "Deportivo" ilə oyun "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Real"la 67-ci matçına çıxan italiyalı mütəxəssis 50-ci qələbəsini qazanıb.

Ançelotti bu nəticə ilə "Real"ın sabiq baş məşqçisi Joze Mourinyonu geridə qoyub. Portuqaliyalı mütəxəssis Madrid klubunda 50-ci qələbəsini 69-cu matçında qazanmışdı.

Qeyd edək ki, "Real" səfərdə "Deportivo"nu 8:2 hesabı ilə məğlub edib.


Müəllif: