UEFA 2019-cu ilin rəmzi komandasını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, rəmzi 11-lik iki milyondan çox azarkeşin iştirak etdiyi sorğu ilə müəyyən edilib.
Çempionlar Liqasının qalibi "Liverpul"un 5 futbolçusu seçilən heyətdə yer alıb.
Qapıçı: Alisson Bekker ("Liverpul")
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk, Endi Robertson (hamısı "Liverpul"), Matteys de Liqt ("Ayaks"/"Yuventus")
Yarımmüdafiəçilər: Frenki de Yonq ("Ayaks"/"Barselona"), Kevin De Bruyne ("Mançester Siti")
Hücumçular: Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Yuventus"), Robert Levandovski ("Bavariya"), Sadio Mane ("Liverpul")