14 Fevral 2020 13:56
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar.

İdmançılarımızı Heydər Əliyev adına hava limanında idman ictimaiyyəti, jurnalistlər, azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan güləşçilərimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan sonra ikinci olub. Türkiyə isə 90 xalla 3-cü pillədə qərarlaşıb./Report/


Müəllif: Teleqraf.com