Niderland Erediviziyasının 27-ci turunun üç oyunu təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədiylə 27-ci turda keçirilməli olan “Villem” – “Herenven”, PSV – “Emmen” və “Valveyk” – “Qroningen” matçları təxirə salınıb.