19 Aprel 2020 18:13
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "Roma" klubunun futbolçuları 4 aylıq maaşlarından imtina ediblər.

Teleqraf.com xəbər verir ki, qərar koronavirus pandemiyası səbəbindən maliyyə böhranını aradan qaldırmağa və klub işçilərini işdən çıxarmamağa kömək edəcək.

Futbolçularla yanaşı baş məşqçi Paulo Fonseka və məşqçilər heyəti də bu addımı atıblar.

Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər