Dünyanın ən sürətli 10 futbolçusunun adı bəlli olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fransanın "Le Figaro" qəzeti araşdırma aparıb. Ən sürətli oyunçu Fransa millisinin və PSJ-nin üzvü Kilian Mbappedir - 36 km/saat.
İkinci yerə İspaniyanın "Atletik" (Bilbao) klubunun hücumçusu İnyaki Uilyams layiq görülüb - 35,7 km/saat.
Üçüncü sırada isə İngiltərə "Arsenal"ında çıxış edən Pyer-Emerik Obameyanq (35,5 km/saat) qərarlaşıb.
İlk "10-luq"da həmçinin Məhəmməd Salah ("Liverpul", İngiltərə), Kinqsli Koman ("Bavariya", Almaniya), Alvaro Ordiosola, Naço Fernandes (hər iki "Real Madrid", İspaniya), Kərim Bellarabi ("Bayer", Leverkuzen, Almaniya), Kayl Uoker və Leroy Sane də ( hər ikisi "Mançester Siti", İngiltərə) var.