İtaliyanın “Verona” klubunun koronavirusa yoluxan futbolçusu Mattia Zakkaqni sağalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.
Qeyd edək ki, italiyalı futbolçunun mart ayının sonlarında pandemiyaya yoluxduğu məlum olmuşdu. O, bu mövsüm A Seriyasında 23 oyuna 1 qol vurub, 8 qol ötürməsi edib.