10 May 2020 14:59
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real” futbolçularının maaşını azaltmaq haqda düşünür.

Teleqraf.com xəbər verir ki, klub növbəti mövsüm üçün futbolçularından maaşlarının 30 faiz azaldılmasına razılıq vermələrini xahiş etmək fikrindədir. Maaş ixtisarı yalnız futbolçu və klub rəhbərliyinə aiddir. Bunu klubun 800 nəfər sıravi işçisinə aidiyyatı olmayacaq.

Qeyd edək ki, daha öncə “Real” bu mövsüm üçün futbolçuların maaşını 10 faiz azaldıb

Xatırladaq ki, koronavirus pandemiyasına görə “Real” ciddi maliyyə itkisi ilə üzləşib. Komandanın maaşı 283 milyon avro təşkil edir. Otuz faiz azalma isə 85 milyon avroya qənaət etmək imkanı verəcək. Azalma "Real"ın kinci komandası "Kastilya"nın futbolçularına da tətbiq olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər