7 Oktyabr 2014 21:28
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 5-ci turunda Teymur Rəcəbov reytinq favoriti Fabiano Karuanayla heç-heçə oynayıb.

Teleqraf.com-un Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan şahmatçısı partiyadan sonra medianın suallarına cavab verib: "Karuanaya qarşı özüm hazırlaşmışdım. Əlbəttə, müəyyən mənada kompyuterdən istifadə etmişdim. Partiya zamanı vəziyyət dəyişmədi və üstünlük qazanmadım. Heç-heçə oyuna görə olan nəticədir. Şəhriyar söyləyib ki, Azərbaycanda keçirilən turnirlərdə onun oyunu alınmır. Mən fərqli fikirdəyəm. Ölkədə keçirilən yarışlar yüksək səviyyədə təşkil olunur. Şəmkirdə, Bakıda və ya digər şəhərimizdə oynamağa hər zaman hazıram".

Fabiano Karuana isə istirahət günü təşkil edilən ekskursiyaya görə təşkilatçılara təşəkkür edib: "Şahmatçılar hər zaman oyun barədə düşünür. Adətən biz getdiyimiz şəhəri gəzə bilmirik. Təşkilatçılara təşəkkür edirəm ki, bizə Bakını göstərdilər. Çox sevdim bu şəhəri. Həm də qeyd edim ki, Azərbaycanda keçirilən turnirlərdə oyunum alınır. Ona görə bura gəlməyə şadam. Ağlar oyuna hazırlıqlı idi. Qara fiqurlarla inamlı gedişlər etməyə başladım. Sadəcə partiya heç-heçəyə gedirdi. Ona görə düşünmədən razılaşdıq. Liderliyə gəldikdə qarşıda 6 tur var. Hələ mübarizə irəlidədir".


Müəllif:

Oxşar xəbərlər