30 İyun 2020 22:58
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasında mövsümün qalibi olan “Liverpul” ciddi itki ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Joel Matip sıradan çıxıb. Premyer Liqanın 30-cu turunda “Everton”la matçda (0:0) ayağından zədələnən Matip mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Liverpul”un Premyer Liqada 7 oyunu qalıb.


Müəllif: Teleqraf.com